
Rusiya Dövlət Ermitajı təhlükəsizlik təhdidi ilə bağlı anonim məlumat alındığı üçün ziyarətçilər üçün müvəqqəti olaraq bağlanıb.
Bu barədə muzeyin teleqram kanalında bildirilib.
“Aprelin 15-də Ermitaja təhlükəsizlik rejiminə təhdid edən anonim məlumat daxil olub. Binalara giriş müvəqqəti olaraq bağlanıb, ekspozisiya zalları və xidməti otaqlar yoxlanılır”, – məlumatda qeyd olunub.