Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının sədri, deputat Sisak Qabrielyanla müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Ruben Akopyan bir-birilərini küçə söyüşü ilə təhqir ediblər.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, hadisə parlamentdə Teleradio Şurası üzrə Milli Komissiyada vakant yerə müxalifətin nümayəndəsinin namizədliyi müzakirə olunan zaman baş verib. Müzakirə parlamentin elm, təhsil, mədəniyyət, idman, diaspor və gənclər daimi komissiyasının iclasında aparılıb.

İstinadlar Report