“Bu görüş əldə edilə biləcək tərəqqinin müzakirəsi üçün yaxşı fürsətdir”. 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə Rusiya və Ermənistan xarici işlər nazirləri ilə görüşündə açılış nitqində deyib. 

O bildirib ki, indiyədək regionda nəqliyyat kommunikasiyalarının açılması işində lazımi təkmilləşdirmə yoxdur. “Mən bilirəm ki, həmkarlar arasında təmaslar davam edir. Və biz inanırıq ki, nəticələr əldə etmək və üçtərəfli bəyanatların tam icrasına nail olmaq üçün yaxşı perspektiv, yaxşı imkan var. Hesab edirəm ki, delimitasiya məsələləri üzrə komissiyada yaxşı irəliləyişlər, tərəflərin tərkibi və təmsilçiliyi baxımından anlaşma var və mən də inanıram ki, yaxın vaxtlarda, ən azı, bu prosesə başlamaq mümkün olacaq”.

Bayramov qeyd edib ki, Bakı öz növbəsində sülh müqaviləsi üzərində işə başlamağa hazırdır:

“Nazirlərin görüşü və tərəflər arasında təmasların qorunub saxlanması bu mövzuda müzakirənin davam etdirilməsinə müsbət təsir göstərəcək”.

İstinadlar Qafqazinfo