Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulub.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, uyğun protokol noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə imzalanıb. Sənədi Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Suktan bin Abdalla əl-Luayan əl-Ankar imzalayıb.

Xatırladaq ki, noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda tərəflər arasında diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi.

Qeyd edək ki, Azərbaycan ərazilərinin işğalı səbəbindən Səudiyyə indiyə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdı.