Ermənistan-İran Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda Tehranda keçiriləcək.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İranın Ermənistandakı səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib.

Tərəflər həmçinin regional kommunikasiyaların bərpası halında Ermənistan və İran arasında dəmiryol xəttinin istifadəyə verilməsi imkanlarını müzakirə ediblər.

İstinadlar Report