
“Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitindən əvvəl deyib.
O, ölkəsinin Ermənistan və Azərbaycanla çox yaxşı münasibətlərə sahib olduğunu vurğulayıb: “Gürcüstan regionda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsiz mövqe tutur”.