Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.

Bu məlumatı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb.

Onun sözlərinə görə, A. Mirzoyan və R. Rubinyan Antalya Diplomatiya Forumuna qatılacaqlar.

“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəklərini bildirib. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, – deyə Çavuşoğlu qeyd edib.