Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 10-da Hindistana rəsmi səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Ararat Mirzoyan və Hindistanın XİN başçısı Subrahmanyam Caiyşankar arasında görüş planlaşdırılır.

Həmçinin Beynəlxalq Münasibətlər üzrə Hindistan Şurasında (ICWA) digər görüşlər və müzakirələr də nəzərdə tutulub.

İstinadlar Report