Ermənistan dövlətinin vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma “Dağlıq Qarabağ respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və digərləri vasitəsilə təmin etdiyi silah və texnikaların sayı və tərkibi məlum olub.
Müvafiq silah və texnikaları siyahısı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclasında açıqlanıb.