Əgər koronavirusun yayılmasının rekord tempi dayanmasa, Ermənistanı “İtalyan modeli” təhlükəsi gözləyir.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan Xəstəliklərin Qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib.

Onun sözlərinə görə, ölkədə həkimlərə COVID-19 xəstələri və ya yaralı əsgərləri seçmək kimi seçim vəziyyəti yarana bilər.

Abovyan qeyd edib ki, yoluxma sayında kiçik artım gözlənilirmiş: “Birincisi, mövsümi kəskinləşməyə görə, ikincisi, məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı”.

“Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər.”, – Abovyanı deyib.

İstinadlar Report