Ermənistanın Rusiyadakı yeni səfiri Qurgen Arsenyan Moskva ilə İrəvan arasında münasibətləri yaxşılaşdırmağa çalışacağını bildirib.
O, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinlə görüşündə söyləyib.
“Bu çətin zamanlarda öz səylərimi göstərmək və Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq, bizi qane edəcək vəziyyətə gətirmək üçün gəlmişəm. Biz elə addımlar atmalıyıq ki, xalqlar sakit, əmin-amanlıq içində, təhlükəsiz şəraitdə yaşasınlar”, – Arsenyan deyib.