Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarmayıb.

Bu barədə Ermənistan prezidentinin administrasiyası məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın istefasını tələb edənlər prezidentin təqdimatı baş nazirə qaytardığını iddia edib.

Baş nazir aparatının mətbuat katibi Mane Gevorkyan da sənədi geri almadıqlarını bildirib.

İstinadlar Report