Ermənistan Müdafiə Nazirliyinin rəhbəri, baş nazirin keçmiş müavini, ərazi inkişafı və infrastrukturun keçmiş naziri Suren Papikyan evlənməyə hazırlaşır.

Bu barədə “Aravot” qəzeti yazıb.

Bildirilib ki, toy yanvarın 22-nə planlaşdırılıb və “Firon” restoran kompleksində baş tutacaq.

Nazirin gələcək həyat yoldaşı hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir. Əvvəllər o, Papikyan başqa idarənin rəisi olanda onun mətbuat katibi vəzifəsində çalışıb.

Qəzet yazır ki, toydan sonra cütlük dövlət malikanələrindən birində məskunlaşmaq niyyətindədir.

Nazirin gələcək həyat yoldaşı  Armine Muradyandır.

Papikyanın şöbə müdiri olduğu dövrdə o, ərazi idarəetmə nazirinin mətbuat katibi vəzifəsində çalışıb.

İstinadlar Qafqazinfo