Ermənistanın minalarla bağlı təqdim etdiyi məlumatlar ərazilərin cəmi 1,25 faizində etibarlıdır.

Bu, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

“Ermənistan beynəlxalq təzyiq nəticəsində 2020-ci ilə qədər minalanmış sahələr barədə bəzi məlumatları təqdim edib. Həmin informasiya 390 709 ədəd tank əleyhinə və piyadalar əleyhinə yerüstü mina və digər partlayıcı qurğular barədədir”, – məruzədə bildirilib.

İstinadlar Report