Kinoprodüser Armen Qriqoryan erməni mədəniyyət xadimlərini yeni etiraz aksiyasında iştiraka çağırıb. Bu barədə “Sputnik Ermənistan” xəbər verib.

Etiraz aksiyası noyabrın 29-da Yerevanda Şarl Aznavur meydanında keçiriləcək.

“Bu gün Ermənistan hakimiyyətsiz qaldığına görə öz həmkarlarımızı mədəniyyət və incəsənət xadimlərini, alimləri, idmançıları və siyasətçilərin iştirakından asılı olmayaraq biganə qalmayanları “Moskva” kinoteatrının yaxınlığında etiraz aksiyasına toplaşmağa çağırırıq”, – deyə erməni kinematoqrafçı feysbuk səhifəsində bildirib.

İstinadlar Qafqazinfo