
Ermənistanın kəndlərində yoxsulluğun səviyyəsi hələ də yüksəkdir.
Bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ən varlı və ən kasıb əhali arasında gəlirlərdə kəskin disbalans davam edir. Qeyd edilir ki, Ermənistanda ümumi yoxsulluq göstəricisi 23,7 %-dir.
Ölkənin kəndlərində yoxsulluq səviyyəsi şəhərlərə nisbətən xeyli yüksəkdir. Bu, həm ümumi yoxsulluq səviyyəsinə (gəlir, xidmət və mallara çıxış kimi həyatın bütün sahələrini əhatə edir), həm də həddindən artıq yoxsulluğa (insanlar yemək və mənzil kimi əsas ehtiyacları belə ödəyə bilmədikdə) aiddir.