Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan istirahət mərkəzində işə düzəlib.

Bunu ölkənin “Hraparak” qəzeti yazıb.

O, “Apaga Resort” istirahət kompleksində menecer vəzifəsində çalışır. Kompleks Ermənistannın Baş naziri Nikol Paşinyanın doğulduğu Enokavane rayonunda yerləşir.

Qəzetin əməkdaşları keçmiş nazirlə əlaqə saxlamaq istəyib, amma o, zənglərə cavab verməyib. Lakin Z.Mnatsakyanın yaxın ətrafı məlumatı təsdiqləyib.

İstinadlar Report