
Erməni sərhədçinin ölümü ilə bağlı iş üzrə onun xidmət yoldaşı saxlanılıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
Müddətli xidmətdə olan sərhədçi Artur Avetisyanın ona təhkim edilmiş avtomat silahdan atəş açaraq intihar etdiyi ehtimal edilir. Hadisə aprelin 25-də Sünikdə baş verib.