Ermənistan İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi açıb.

Komitədən verilən məlumata görə, iyunun 12-də saat 19:30-da İrəvanda Baqramyan prospekti boyu polisin qanuni tələblərinə tabe olmayan etirazçılar iğtişaşlar törədib.

Qeyd olunur ki, iğtişaşlar polisə qarşı güc tətbiqi ilə müşayiət olunub – onlara yumruq və təpik zərbələri endirilib, müxtəlif əşyalar atılıb.

Hazırda bu ərazidə quraşdırılmış kameraların videoyazılarına baxış keçirilir, iğtişaşların təşkilatçıları və iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

İstinadlar Report