Füzuli rayonunda aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş hesab olunan daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Məlumata görə, onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasının rəyindən sonra müəyyənləşdiriləcək.

Bununla da 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazisində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 698 nəfərə çatıb. Onların hamısı Ermənistana təxliyə edilib.

İstinadlar Report