Bu ilin iyun-iyul aylarında Ermənistan hakimiyyətinin icra strukturlarında da ciddi kadr dəyişiklikləri gözlənilir.

Bildirilib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın komandasında hazırda özünün bir neçə adamı təmsil olunur: “Yeni kadrlar seçilir. Bu isə yekunda icra strukturunda, ilk növbədə, hökumətin ən yüksək vəzifəliləri arasında dəyişikliklərə səbəb olacaq” .

Bu dəyişiklik Yerevanın meri Hayko Marutyana da çata bilər.

“Nazirlər Kabinetinin başçısı məyus olan Yerevan sakinlərini sakitləşdirmək üçün Marutyanı qurban verəcək. Maraqlıdır ki, onun yerinə hakim “Mənim addımım” bloku kimi irəli sürəcək?”, – yazıda vurğulanıb.

İstinadlar Report