Ermənistanın Fransadan aldığı radar və gecəgörmə cihazlarının ilk partiyası bu gün ölkəyə çatdırılacaq.

Bu barədə məlumatı Fransanın “Le Figaro” qəzeti yayıb. 

Məlumata görə, sözügedən cihazlar iki ölkə arasında 2023-cü ilin oktyabrında imzalanan memorandum çərçivəsində göndəriləcək. 

Sənədə 3 ədəd “Ground Master” (GM200) radarlarının, eləcə də gecəgörmə cihazlarının alınması ilə bağlı müqavilələr də daxildir. 

Bildirilir ki, “Thales” şirkətinin istehsal etdiyi radarlar 250 kilometr radiusda hava obyektlərinin tanınmasına imkan verir.

Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu bu gün İrəvana rəsmi səfər edəcək. O, Ermənistana səfər edəcək Fransanın ilk müdafiə naziri olacaq.

İstinadlar , Qafqazinfo