Ermənistanın Fransanın Lion şəhərindəki konsulu, erməni əsilli rusiyalı milyonçu Nikolay Sarkisov işdən çıxarılıb.

Bunu “Past” qəzeti yazıb.

O, Ermənistanın indiki hakimiyyətinin tələblərinə cavab vermədiyi üçün tutduğu vəzifədən azad olunub.

N.Sarkisov bu vəzifəyə 2103-cü ilin iyulunda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən təyin edilmişdi.

N.Sarkisov 1968-ci il iyunun 28-də Moskvada anadan olub. Onun valideynləri keçmiş SSRİ Xaric Ticarət Nazirliyində işləyib. O, 1986-1988-ci illrədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarında hərbi xidmətdə olub.

Sergey və Nikolay Sarkisov qardaşları böyük sahibkardır. Onların biznesini rəsmi olaraq böyük qardaş Sergey idarə edir. Sarkisov qardaşları davamlı olaraq Rusiyanın ən varlı ailələrinin siyahısına daxil edilirlər. 2018-ci ilin sentyabrında onlar “Forbes” jurnalının tərtib etdiyi siyahıda Rusiyanın 10 ən varlı ailəsi sırasında olublar. Sarkisovların daşınmaz əmlaklarının böyük bir hissəsi xaricdədir.

İstinadlar Report