Ermənistanın dövlət borcu 2020-ci il ərzində 647,2 mln ABŞ dolları artaraq dekabrın 31-dək 7,9685 mlrd dollara çatıb.

Bunu Ermənistan Maliyyə Nazirliyinin hesabatı əsasında maliyyə portalı “armbanks-am” yazıb.

Məlumata görə, borcların 7,5 mlrd ABŞ dolları hökumətin payına düşür. Bunun 5,5932 mlrd ABŞ dolları xarici dövlət borcu, 1,9153 mlrd ABŞ dolları isə daxili borc təşkil edir.

İstinadlar Report