Ermənistanın Demokrat Partiyasının rəhbərləri Araratda öz tərəfdarları ilə seçkiöncəsi təbliğat görüşü zamanı polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə partiyanın növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsinə namizədi Tiqran Arzankansyan bildirib.

O, özünün feysbukdakı səhifəsində qeyd edib ki, partiyanın digər rəsmiləri Artaşat polis bölməsində olublar, lakin polisdən hələ cavab ala bilməyiblər.

İstinadlar Report