Ermənistanın dövlət borcu ümumi daxili məhsulda (ÜDM) müəyyən edilmiş 60 faiz həddini keçərək 63,5 faizə çatıb.

Bunu Ermənistanın maliyyə naziri Atom Cancuqazyan bildirib.

Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsinin kəsiri 2020-ci ildə 334 milyard drama çataraq ÜDM-in 5,5 faizini təşkil edib. Halbuki 2020-ci il üçün dövlət büdcəsinin kəsiri 161 milyard dram və ya ÜDM-ni 2,3 faizi səviyyəsində planlaşdırılmışdı.

İstinadlar Report