Ermənistan bir sıra şəhərlərində bazar günü keçirilmiş növbədənkənar parlament seçkilərinin gedişatında siyasi qüvvələrin yığdığı səslərin seçki məntəqələrində hesablanması zamanı işıqlar söndürülüb.

Xüsusi halda, Aparan şəhərində 17/27 seçki məntəqəsindən bütün şəhərdə işıq söndürülməsi barədə informasiya daxil olub.

Agentliyin mənbələri bildirib ki, işıqlar həmçinin Vanadzorda söndürülüb. Gümrüdə, Armavirdə, Dilicanda da elektrik enerjisinin kəsilməsi haqqında bildiriblər.

Dünən Ermənistanda ölkə tarixində ikinci növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə 21 partiya və 4 blok iştirak edib. Səsvermə prosesi bir sıra kobud qanun pozuntuları, hətta silahlı insidentlə müşayiət olunub. Erməni müxalifətçilər səsvermələri ölkə tarixini ən rüsvayçı seçkiləri adlandırıblar. Paşinyanın əleyhdarları bildiriblər ki, indiyə ədər heç bir seçkidə belə qanunsuzluqlar qeydə alınmayıb.

İstinadlar Report