Ermənistan Respubkaçılar Partiyasından keçmiş deputat və sabiq Müdafiə naziri Aram Arutyunyan və Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Poqosyan toxunulmazlıqlarından yararlanaraq ölkəni tərk edə biliblər.

Ermənistanın Baş Naziri Nikol Paşinyan aprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.

“Miqran Poqosyan iri həcmdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun barəsində Ermənistanda axtarış elan olunub. Rusiyanın hüquq-mühafizə orqanları onu Kareliyada tutublar. Hazırda Poqosyanın Ermənistana ekstradisiyası barədə danışıqlar aparılır”, – o deyib.

Baş Nazir vurğulayıb ki, Aram Arutyunyan iri məbləğdə rüşvət almaqda qanunsuz qolla əldə etdiyi var-dövlətin leqallaşdırılmasında ittiham olunur: “Məhkəmə qiyabi olaraq onun barəsində həsb qətimkan tədbiri seçib və axtarış elan edib”.

Hər iki məmur 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərinədək Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının deputatı olub.

“Onlar toxunulmazlıq hüquqlarından yararlanıblar. Əgər onları saxlasaydılar, onda deyəcəkdilər ki, bəs qanun, onun aliliyi harada qaldı? Dünya çox kiçikdir, hara gedəcəklər?”, – o qeyd edib.

Oxumağa dəyər:   "Azəriqaz" qeyri-iş günləri də işləyəcək

Nikol Paşinyan Rusiyanın yaxın günlərdə keçmiş deputatları Ermənistana ekstradisiya edib-etməyəcəyi ilə bağğlı suala cavab verməkdə çətinlik çəkib: “Bildiyimə görə, keçmiş Müdafiə naziri Rusiya vətəndaşıdır və biz bunu nəzərə almalıyıq. İndi elə bir şərait yaranıb ki, qanun icazə vermədiyindən biz öz vətəndaşmızı ekstradisiya edə bilmirik”.

İstinadlar Report