Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edəcək.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, avqustun 9-da Nikol Paşinyan İslam Respublikasının Ermənistandakı səfiri Seyid Kazem Səccadini qəbul edib.

Görüş zaman tərəflər iki ölkə arasındakı münasibətin çox yüksək səviyyədə oldğunu vurğulayıb.

“Bu münasibət Ermənistan, yaxud İran üçün çətin dövrlərdə heç vaxt pozulmayıb və ya problem yaranmayıb”, – A.Qriqoryan yazıb.

Səfir Nikol Paşinyanın İrana planlaşdırılan səfərinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani Nikol Paşinyanı ölkəsinə səfərə dəvət edib.

İstinadlar Report