Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin baş hərbi müfəttişinin birinci müavini Kamo Koçunsu tutduğu vəzifədən azad edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hərbi müfəttişin müavini Vaçaqan Nersisyan da işdən çıxarılıb.

Qeyd edək ki, bir müddət əvvəl isə Ermənistanın baş hərbi müfəttişi Movses Akopyan bu vəzifədən kənarlaşdırılıb.

İstinadlar Report