Ermənistandan İrana raket atılıb və nəticədə 6 yaşlı uşaq yaralanıb.

Xəbəri “Tasnim” agentliyi yayıb.

Agentliyin məlumatına görə, mərmi İranın Xudafərin əyalətinin Pərvizxanlu kəndindəki yaşayış binasına düşüb.

İran hökumətinin məlumatına görə, geolokasiya zərbənin Ermənistan işğalçı ordusunun bölmələri tərəfindən endirildiyini göstərir.