Bir neçə ölkə Ermənistandan kosmosda olan peyklərini geri qaytarmağı tələb edib.

Bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

Bildirilir ki, sözügedən peyklər digər ölkələrin kosmik aparatlarının işinə mane olur: “Xarici dövlətlər Baş nazir Nikol Paşinyana müraciət ediblər. Buna səbəb isə “Hayasat-1” və “Armsat-1″ peyklərinin buraxılışı qeyri-professional olub. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan istefa verib”.

İstinadlar Qafqazinfo