
Ermənistanın Milli Statistika Xidmətinin ilkin məlumatları daha əvvəl də məlum olan faktı bir daha təsdiq edir – minlərlə insan bu ölkədən qaçır və doğuş azalır.
2017-ci ilin iyulun 1-dək Ermənistan əhalisi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 min nəfər azalıb. Yanvarın 1-i ilə müqayisədə isə azalma 6,2 min nəfərə bərabər olub.
Bundan başqa kənd əhalisinin 7,5 min nəfər azaldığı qeyd edilib.
2017-ci ilin yanvar-iyun aylarında anadan olan uşaqların sayı 6,5 faiz azalıb, hesabat dövründə ölüm halları isə 2,1 faiz artıb.
Qeyd edək ki, 2016-cı ilin 1 yanvar tarixinə olan vəziyyətə görə ölkə əhalisi 70-ci illərdən sonra ilk dəfə 3 milyondan aşağı olub.