Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının 20 yaşlı hərbçisi S.Salixovun ölümü ilə əlaqədar cinayət işi başlanılıb.

Məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi üzrə araşdırmalar davam etdirilir. Məlumata görə, Rusiya hərbçisinin meyiti hərbi baza yerləşən Gümrü şəhərinin Muş məhəlləsindəki mənzillərdən birində asılmış vəziyyətdə aşkarlanıb.

İstinadlar Report