15:15

Ermənistanın Kotayk vilayətində “B55” tipli yüngülmühərrikli təyyarə qəzaya düşüb.

Bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzanın səbəbləri hələ açıqlanmayıb.

17:01

Kotayk vilayətinin Regional Xilasetmə İdarəsinin sədri Gevorq Sedrakyanın sözlərinə görə, qəza zamanı həlak olan şəxslər Rusiya vətəndaşları olub. 

Bildirilir ki, sözügedən təyyarə İrəvanın “Zvarnots” hava limanından havaya qalxıb və Həştərxanaya gedirmiş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra radardan itib. 

İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

 

İstinadlar Qafqazinfo