Ermənistanın Qeqarkunik rayonunun Martuni şəhərinin kilsəsində partlayış olub.

Bu haqda “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində kilsənin keşişi Akop Barseqyan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları hadisə yerindədir. Polisin mətbuat xidməti hələlik hadisə ilə bağlı açıqlama verməyib.

İstinadlar Qafqazinfo