AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır”
  • Ukrayna və ABŞ orduya hərbi yardımı müzakirə ediblər
  • Blinkenlə Paşinyan Brüssel görüşünü müzakirə etdi
  • Bu gün neçə nəfər yoluxub?
  • Vaksinasiya ilə bağlı son statistika
  • Milli Məclisin iclasının gündəliyi açıqlandı
  • Türkiyə qırıcıları Bakı səmasında – FOTOREPORTAJ
  • Prezident qəbul keçirdi
  • İsveçrə Prezidenti İlham Əliyevi təbrik etdi
  • Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş – Təfərrüat
  • Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır”
  • Blinkenlə Paşinyan Brüssel görüşünü müzakirə etdi
  • Milli Məclisin iclasının gündəliyi açıqlandı
  • Türkiyə qırıcıları Bakı səmasında – FOTOREPORTAJ
  • Paşinyandan Brüssel görüşü barədə açıqlama
  • Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO
  • Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı
  • Dünya İqtisadi Forumunun iştirakçıları müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər
  • Estoniya Parlamentinin sədri Şuşaya gedib
  • Şoyqu: “Ukraynada hərbi əməliyyatları tapşırıqları yerinə yetirənədək davam etdirəcəyik”
  • Şeyx 15 ildir qazpulu ödəməyib?
  • Türkiyənin müdafiə naziri üç hərbçinin şəhid olduğu bölgədədir
  • Millət vəkili hava limanında qazini qarşıladı – Fotolar
  • Yens Stoltenberq: “NATO Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırıb”
  • Aİ-nin Ukraynaya yardımı təşkilatın tarixində ən böyük maliyyə dəstəyidir
  • Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir – Fotolar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Ermənistanda zəncirvari qəza, 20 avtomobil toqquşdu – Video
27/01/2022 13:19
Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO
24/05/2022 17:32
Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video
24/05/2022 16:51
Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video
24/05/2022 16:09
Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video
24/05/2022 13:39
Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video
24/05/2022 12:09
Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO
24/05/2022 11:57
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO
24/05/2022 11:44
Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO
24/05/2022 10:14
İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO
23/05/2022 18:56
“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
23/05/2022 13:40
Türkiyəli pilotlar Bakı səmasında – Video
23/05/2022 12:46
Şuşa Real Məktəbi belə olacaq – Video
23/05/2022 12:00
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
22/05/2022 12:21
Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video
21/05/2022 15:02
FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video
21/05/2022 11:57
Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video
21/05/2022 09:41

Video xəbərlər

  • Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO
  • Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video
  • Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video
  • Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video
  • Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

24/05/2022
19:17 Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır”
19:05 Ukrayna və ABŞ orduya hərbi yardımı müzakirə ediblər
18:57 Blinkenlə Paşinyan Brüssel görüşünü müzakirə etdi
18:53 Bu gün neçə nəfər yoluxub?
18:48 Vaksinasiya ilə bağlı son statistika
18:47 Milli Məclisin iclasının gündəliyi açıqlandı
18:44 Türkiyə qırıcıları Bakı səmasında – FOTOREPORTAJ
18:27 Prezident qəbul keçirdi
18:08 İsveçrə Prezidenti İlham Əliyevi təbrik etdi
17:50 Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş – Təfərrüat
17:50 Paşinyandan Brüssel görüşü barədə açıqlama
17:47 Nikolay Patruşevin oğlu “Qazprom”un direktorlar şurasının üzvü olacaq
17:38 ABŞ Danimarkada “Avropanın müdafiəsi” şüarı altında hərbi təlim keçirir
17:35 Paşinyan və Blinken arasında telefon danışığı olub
17:32 Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO
17:20 KİV: “Ukraynada Rusiyanın daha bir generalı məhv edilib”
16:54 Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı
16:51 Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video
16:21 Qazaxda hoteldə əcnəbi vətəndaşın meyiti tapıldı
16:12 “Bu həftənin 2-ci yarısında hava sabitləşməyə doğru dəyişəcək”
16:09 Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video
16:05 Dünya İqtisadi Forumunun iştirakçıları müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər
16:04 Estoniya Parlamentinin sədri Şuşaya gedib
16:00 Şoyqu: “Ukraynada hərbi əməliyyatları tapşırıqları yerinə yetirənədək davam etdirəcəyik”
15:59 Şeyx 15 ildir qazpulu ödəməyib?
15:56 Türkiyənin müdafiə naziri üç hərbçinin şəhid olduğu bölgədədir
15:53 Rusiya və Çin təyyarələri 13 saat birgə patrul xidməti həyata keçirib
15:53 Millət vəkili hava limanında qazini qarşıladı – Fotolar
15:46 Yens Stoltenberq: “NATO Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırıb”
15:42 Ödənişli əsaslarla oxuyan bu tələbələrə də təqaüd veriləcək
15:39 Aİ-nin Ukraynaya yardımı təşkilatın tarixində ən böyük maliyyə dəstəyidir
15:34 Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir – Fotolar
15:26 Prezident İTV-yə 640 min dollar ayırdı
15:20 Xaçmazda icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq – Fotolar
15:14 Rusiya qoşunu Donetsk vilayətində bir şəhəri ələ keçirib
15:05 Blinken və Kuleba arasında telefon danışığı olub
15:00 Nazarbayev İlham Əliyevə məktub göndərdi
14:39 Bakıda törədilmiş müəmmalı qətlin üstü açıldı
14:27 Çavuşoğlu: “Türkiyə ilə İsrail arasında normallaşma mərhələsi başlayıb”
14:19 NATO Baş katibi: “İsveç və Finlandiya məsələsində Türkiyə ilə ortaq mövqeyə gələcəyimizə inanıram”
14:18 Onun siması – Brüsseldə sülh, İrəvanda revanş
14:15 Ağzını tikən keçmiş MAXE ilə bağlı rəsmi açıqlama – Foto
14:05 AK rəhbəri: “Rusiyanın Ukraynada apardığı müharibənin fəsadları nəzərdən keçirilməlidir”
13:57 Ukraynalıların 82 %-i Rusiya ilə ərazi güzəştinə getmək istəmir
13:53 İraqın şimalında Türkiyə ordusunun 3 əsgəri şəhid olub
13:41 Moskva məhkəməsi Rusiya müxalifətinin lideri barəsində hökmü dəyişməyib
13:39 Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video
13:33 MTN generalı Ədliyyə Nazirliyinin işçisindən 135 min alıbmış
13:27 Polisə “məktəbdə bomba var” dedi, yalan olduğu üzə çıxdı
13:20 Ukrayna MN-in kəşfiyyat rəisi: “İl sonunadək Krıma girməliyik”
13:08 Binəli İldırım: “Vaxtı ilə Azərbayacana 4 helikopter göndərə bilmədik, amma bu gün “Qarabağ məsələsində yanınızdayıq” deyə bildik”
13:05 Tehranda İƏT-ə üzv ölkələrin Aşqabad razılaşmalarının icrası müzakirə olunur
12:57 Sabah yağış yağacaq
12:41 Rusiya Ukraynanın 20 %-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
12:37 Ayaz Salayev sədr seçildi
12:21 Diplomu olmayan din xadimlərinin taleyi necə olacaq?
12:18 Balakişi Qasımov növbəti 4 illiyə İTV-nin rəhbəri oldu
12:09 Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video
12:01 “Brüssel görüşləri Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatıdır”
12:00 Sədərək gömrüyündə insident – Qardaşla bacı həbs edildi

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Ermənistanda zəncirvari qəza, 20 avtomobil toqquşdu – Video

Multimedia 27/01/2022 13:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanda bu gün səhər saatlarında zəncirvari qəza qeydə alınıb.

Qəza Sevan-İrəvan avtomobil yolunda baş verib.

Hadisə zamanı 20-yə yaxın avtomobil toqquşub. Bəzi avtomobillər ağaclara çırpılıb.

Hadisə yerinə fövqəladə vəziyyət briqadaları, həkim və polis əməkdaşları cəlb olunub.

Qəzaya səbəb qeyri-sabit hava şəraiti, qar olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Multimedia 24/05/2022 17:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili onurğasından zədə aldığını və əməliyyata ehtiyac duyduğunu açıqlayıb.

Saakaşvilinin ictimaiyyətə ünvanladığı məktubu “Vahid Milli Hərəkat” müxalif partiyasından olan deputat Yekaterina Xerxeulidze oxuyub.

“Həkimlər MRT vasitəsilə onurğamdan zədə aldığımla bağlı diaqnoz qoydular. Bu zədəni böyük ehtimalla zor tətbiq edilərək Qldani həbsxanasına köçürülərkən almışam. Anladığım qədərilə, bu zədəyə görə əməliyyata ehtiyac duyuram”, – deyə Saakaşvili söyləyib.

Saakaşvili yazır ki, bel nahiyəsində güclü ağrı hiss edir və bu səbəbdən də, gün ərzində bir neçə dəfə ona ağrıkəsici iynələr vurulur. Bununla yanaşı, onda tez-tez başgicəllənməsi və titrəmə müşahidə edilir. Eyni zamanda, o, sol əlini hərəkət etdirməkdə çətinlik çəkir.

Xatırladaq ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti mayın 12-si Saakaşvilini Rustavidə saxlanıldığı həbsxanadan tibbi müayinə üçün Tbilisidəki “Vivamed” klinikasına köçürüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video

Multimedia 24/05/2022 16:51
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son həftədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

Onlarda ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılanlar birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video

Multimedia 24/05/2022 16:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə tufanla əlaqədar Naxçıvan hava limanına eniş edə bilməmişdi. Nəticədə, Bakıya qayıtmaq barədə qərar qəbul edilib və təyyarə 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Məlum olub ki, təyyarə Bakı səmasında olduğu vaxtda əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Təyyarənin göyərtəsində olan sərnişinlər həyəcanlı anlar keçiriblər.

“Qafqazinfo” həmin vaxt təyyarənin göyərtəsində çəkilən videogörüntüləri təqdim edir:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video

Multimedia 24/05/2022 13:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.

Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Multimedia 24/05/2022 12:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasının pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər və Bakı şəhərinin Qaradağ rayonunda “Scania” markalı qoşqulu yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO

Multimedia 24/05/2022 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.

Məlumata görə, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. 

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.

Nizam Rza

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO

Multimedia 24/05/2022 11:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.

Kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.

“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, – Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO

Multimedia 24/05/2022 10:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.

Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.

Oxumağa dəyər:   Ağzını tikən keçmiş MAXE ilə bağlı rəsmi açıqlama - Foto

Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.

Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.

Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib.

Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.

Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

Oxumağa dəyər:   Rusiya qoşunu Donetsk vilayətində bir şəhəri ələ keçirib

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Multimedia 23/05/2022 18:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İranın Abadan şəhərində onmərtəbəli bina çöküb.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Xəbəri rus dilində oxuyun: “В Азербайджане это шоу будет показано впервые” – Фото

Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir. 

Ölən və yaralananların sayının artacağı gözlənilir.

***

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 25 nəfər isə yaralanıb. Dağıntılar altında azı 80 nəfərin qaldğı bildirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Multimedia 23/05/2022 13:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə 21-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlimlər keçirilib.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Oxumağa dəyər:   Rusiya qoşunu Donetsk vilayətində bir şəhəri ələ keçirib

Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Mayın 14-dən başlayan təlimlər artıq 4-cü dəfədir ki keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib.

Qeyd edək ki, növbəti “Formula-1 Azərbaycan Qran Prisi 2022” bu ilin 10-12 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1400 marşalın iştirakı nəzərdə tutulub.









İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyəli pilotlar Bakı səmasında – Video

Multimedia 23/05/2022 12:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizə gələn türkiyəli pilotlar Bakı səmasında sınaq uçuşları ediblər.

Onlar havada bir sıra manevrlər həyata keçiriblər.

Qeyd edək ki, 26-29 may tarixlərində keçiriləcək festival çərçivəsində türkiyəli pilotlarla yanaşı Azərbaycandan olan hərbçilər də nümunəvi uçuşlar da həyata keçirəcək.

Eldar Tanrıverdi

Fotolar: Müzəffər İsmayılov



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşa Real Məktəbi belə olacaq – Video

Multimedia 23/05/2022 12:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Artıq Şuşa Real Məktəbinin layihələndirmə və bərpa işlərinə başlanılıb.

Bu məqamda xatırladaq ki, Şuşa Real Məktəbi XIX əsrdə inşa olunub. Azərbaycanda maarifçi nəslin yetişməsində bu təhsil müəssisəsinin xüsusi rolu olub. Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi ədiblər bu məktəbin yetirmələri olub.

1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.

Layihələndirmə və bərpa işlərinə başlanılan Şuşa Real Məktəbinin necə olacağına dair videogörüntünü təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 22/05/2022 12:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

“Report” icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Multimedia 21/05/2022 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Multimedia 21/05/2022 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.

Əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb. Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb.

Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.

Oxumağa dəyər:   İranda qırıcı qəzaya uğrayıb, ölənlər var

Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.

Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Multimedia 21/05/2022 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində mənzilin ümumililkdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 24/05/2022 17:32

Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Read more
Multimedia 24/05/2022 16:51

Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video

Read more
Multimedia 24/05/2022 16:09

Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video

Read more
Multimedia 24/05/2022 13:39

Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video

Read more
Multimedia 24/05/2022 12:09

Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Read more
Multimedia 24/05/2022 11:57

Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO

Read more
Multimedia 24/05/2022 11:44

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO

Read more
Multimedia 24/05/2022 10:14

Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO

Read more
Multimedia 23/05/2022 18:56

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Read more
Multimedia 23/05/2022 13:40

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Read more
Multimedia 23/05/2022 12:46

Türkiyəli pilotlar Bakı səmasında – Video

Read more
Multimedia 23/05/2022 12:00

Şuşa Real Məktəbi belə olacaq – Video

Read more
Multimedia 22/05/2022 12:21

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/05/2022 15:02

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Read more
Multimedia 21/05/2022 11:57

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Read more
Multimedia 21/05/2022 09:41

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Read more
Multimedia 20/05/2022 18:15

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Read more
Multimedia 20/05/2022 16:03

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Read more
Multimedia 20/05/2022 12:18

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 19/05/2022 23:47

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Read more
Multimedia 19/05/2022 15:46

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video

Read more
Multimedia 19/05/2022 11:06

Ötən sutka 4 nəfər xilas edilib – Video

Read more
Multimedia 19/05/2022 01:11

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Read more
Multimedia 18/05/2022 20:09

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Read more
Multimedia 18/05/2022 17:27

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Read more
Multimedia 18/05/2022 01:21

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Read more
Multimedia 17/05/2022 11:10

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Read more
Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
Multimedia 14/05/2022 19:35

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Read more
Multimedia 14/05/2022 18:07

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Read more
Multimedia 14/05/2022 17:26

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Read more
Multimedia 14/05/2022 16:18

İlham Əliyev açılışda çıxış edir – Video+

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla