Ermənistanın Zəngəzur mis-molibden kombinatının (ZMMK) rəhbərliyi bir neçə gündür davam edən qanunsuz tətildən sonra 8 əməkdaşını işdən çıxarıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu qərar ölkənin Əmək Məcəlləsinə uyğun olaraq qəbul edilib, çünki işçilərin bu hərəkətləri təxribatdır. Şirkət hələ də işdən çıxarılmamış, lakin işə gəlməməyə davam edən işçilərə iş öhdəliklərini yerinə yetirməyə başlamaq imkanı təklif edir.

Şirkətin açıqlamasında deyilib ki, bir həftədən artıqdır bir qrup işçi (zavodda işləyən təxminən 4,6 min nəfərdən 200 nəfəri) icazəsiz işə çıxmaqdan imtina edir, etiraz aksiyaları keçirir və zavodun fəaliyyətinə mane olur.

Onlara ZMMK ilə heç bir əlaqəsi olmayan bir qrup vətəndaş da qoşulub.

İstinadlar Report