Ermənistanda 44 günlük müharibədə fərariliyə görə üç hərbçi həbs edilib.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, həbs edilənlər tabor komandirinin müavini mayor A.S., tağım komandirləri, leytenantlar V.T. və R.G.-dir.

Qeyd edək ki, Ermənistanda 9 ildə çağırışçıların sayı 44 mindən 24 minə qədər azalıb.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi ərəfəsində minlərlə erməni hərbi qulluqçunun fərarilik edərək ordudan yayınması xəbəri yayılmışdı. 

İstinadlar Qafqazinfo