Ermənistanın güc strukturunun yüksək rütbəli və vəzifəli şəxsinin oğlu 240 bağlama narkotik maddə ilə tutulub.

Məlumatı “Joxovurd” yayıb.

Bildirilib ki, adı hələ açıqlanmayan həmin vəzifəli şəxsin oğlunun avtomobili hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Avtomobildə aparılan axtarış nəticəsində 240 bağlama narkotik maddə aşkarlanıb.

Məlumata görə, məmur oğlu artıq həbs olunub.

Bildirilib ki, vəzifəli şəxsin adı yaxın zamanda açıqlanacaq.

İstinadlar Report