Ermənistanda son sutkada 1 293 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 124 839-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 1 931-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 498-ə yüksəlib. İndiyədək 92 829 pasiyent infeksiyadan sağalıb.

İstinadlar Report