Ermənistanda Yerevan-Mehri avtomobil yolunda “KamAZ”la “BMW” markalı avtomobilin toqquşmasəı nəticəsində 3 nəfər ölüb, 2-si yaralanıb.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində “BMW” tamamilə, “KamAZ”ın isə kabinəsi yanıb. “BMW”nin sürücüsü və iki sərnişin hadisə yerində ölüb.

“KamAZ”ın sürücüsü və minik maşınının daha bir sərnişini yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

İstinadlar Report