
Ermənistanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları yenidən itaətsizlik aksiyası keçirir.
Etirazçılar bir neçə dövlətlərarası yolu bağlayıb.
Bununla yanaşı, paytaxt İrəvanda da bir neçə keçə bağlanıb. Hazırda əsas olaraq İrəvan-Aştarak və İrəvan-Armavir yolunun bağlı olduğu bildirilir. Hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan da aksiyada iştirak edir. O, avtomobillə Abovyan və Sayat Nova küçəsinin kəsişməsini bağlayıb.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.