
Ermənistanda məhkəmə yanaraq ölən hərbçilərin komandiri kapitan Yegiş Akopyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, kapitan Yegiş Akopyanın adı Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğınla bağlı cinayət işində hallanır.