“Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakət həddindədir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə videomüraciətində bildirib.

O, son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalmasından narahatlığını vurğulayaraq deyib: “Bu fəlakətdir”.

Nikol Paşinyan vətəndaşlardan fövqəladə vəziyyət rejiminin şərtlərini pozanların foto və videolarını çəkib ona göndərilməsini istəyib.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Ölkə üzrə virusa yoluxanların sayı 10 524-ə, ölənlərin sayı isə 170-ə yüksəlib.

İstinadlar Report