
Zəngəzur mis-molibden kombinatı bir həftə ərzində gündəlik təxminən 400 milyon dram (1 milyon dollardan bir qədər çox), dövlət isə vergi daxilolmaları şəklində gündəlik 100 milyon dramdan çox zərər çəkib.
Bu barədə kombinat məlumat yayıb.
“Bir qrup işçi və kənar şəxslərin şirkətin normal fəaliyyətinə qanunsuz müdaxiləsi nəticəsində müəssisə gündəlik təxminən 400 milyon dram, dövlət isə təkcə vergilər şəklində gündə 100 milyon dramdan çox zərər çəkib. Şirkətin minlərlə işçisi çətin vəziyyətə düşüb. Gözləyirik ki, qanun pozucuları qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqlar”, – kombinatdan bildirilib.