Ermənistan polisi fırıldaqçılıq yolu ilə təxminən 30 milyon dramın (yerli pul -red) mənimsənilməsi hadisəsini aşkarlayıb.

Bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polisə dələduzluq haqqında məlumatlar daxil olub. Məlumat əsasında müəyyənləşdirilib ki, “Zorex apaqa” adlı ictimai təşkilatın rəhbəri xeyriyyəçilik bəhanəsi ilə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək, onların 28 milyon dramını və tikinti materialını, habelə 1,5 milyon dram məbləğində yanacağını fırıldaqçılıq yolu ilə mənimsəyib.

Fakt üzrə cinayət işi başlayıb.

Araşdırma aparılır.

İstinadlar Report