Ermənistan Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb.

O, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur. SNB mesajından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə aşağ qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.

İstifadə müddəti bitdiyinə görə sursat qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Aviasiya idarəsinin rəisi bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsilə bu raketləri bazar qiymətindən baha qiymətə – 1100 ABŞ dollarına hərbi şöbəyə satıb.

Ordunun həqiqi ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dollarına bərabər müqavilə imzalayaraq ərizə təqdim edib.

İstinadlar Report