Ermənistan Daxili İşlər Nazirliyi Debed çayında daşqın nəticəsində baş vermiş hadisələrlə bağlı məlumat yayıb.
Daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub, Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb, “Opel” markalı minik avtomobili çaya düşüb və ehtimal edilir ki, bir nəfər nəqliyyat vasitəsində olub.