Robert Köçəryanın “Ermənistan Bloku” seçkiöncəsi liderliyi ələ alıb. Ona ermənilərin 24,1%-i səs verməyə hazırdır.

Bu nəticə “Qallap” (Gallup) şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Məlumata görə, ondan sonrakı yerdə Nikol Paşinyanın Mülki Müqavilə Partiyası (23,8%) yer alıb.

Növbəti yerlərdə Artur Vanetsyanla Serj Sərkisyanın Şərəf Duyuram Bloku (7,4%), Çiçəklənən Ermənistan Partiyası (3,7%), İşıqlı Ermənistan Partiyası (3,1%), Şirinyan-Babacanyan Bloku (2,5%), Aram Sərkisyanın Respublika Bloku (2,3%), Milli Demokratiya Qütbü Partiyası (0,8%) qərarlaşıb.

Respondentlərin 53,9%-i seçkidə iştirak etməyə hazır olduqlarını bildiriblər. 61,7% ölkədəki daxili siyasi vəziyyəti gərgin sayıb.

Sorğu iştirakçılar həmçinin siyasi və ictimai xadimləri də qiymətləndiriblər. Ən yüksək qiymət ombudsman Arman Tatoyana (3,8 bal) verilib. Sonrakı pillələrdə Nikol Paşinyan (2,5 bal), Robert Köçəryan (2,3), Armen Sərkisyan (2,3),Qagik Çarukyan (2,1), Serj Sərkisyan (1,8), Aram Sərkisyan (1,8), Edmon Marukyan (1,8), Levon Ter-Petrosyan (1,6) qərarlaşıb.

Ən aşağı göstəriciyə Artur Vanetsyan sahib olub.